Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə336/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   332   333   334   335   336   337   338   339   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
262 
tətbiq  olunur.  Bu,  bronxlarda,  bağırsaqlarda,  döş  qəfəsində, 
oynaqlarda,  böyrəklərdə  baş  verən  şiddətli  ağrılara  qarşı  da 
effektlidir.  Bağayarpağı  məhlulundan  və  onun  təpitməsin-
dən,  yarpağının gövdəqarışığı əzintisinin  məlhəmindən  ilan, 
əqrəb,  böyə,  çəmbərquyruq,  danadişi,  qırxayaq,  zəhərli  bö-
cəklər,  göyən  (mozalan),  arı  sancmalarına  qarşı  da  müalicə 
üsulu kimi istifadə edilir. 
Bağayarpağının  üzərinə  tabaşir  külü  yaxıb  təpitməsini 
qotur, dəmrov, qurdeşənək kimi çox yayılmış yoluxucu xəs-
təliklərin  müalicəsində  tətbiq  edirlər.  Təpitmə  2-3  saatdan 
bir  dəyişdirilməli,  bağayarpağı  məhlulu  və  ya  onun  dəm-
ləməsi ilə yara isladılıb silinməlidir. Bağayarpağını qaynadıb 
suyunda  çimmək,  25-30  dəqiqə  vanna  qəbul  etmək,  ondan 
dəmləmə  hazırlayıb  içmək  insan  orqanizmindəki  bütün 
ağrıları  yox  edir,  bədən  yumşalır,  insan  gümrahlaşır,  onda 
şən əhvali-ruhiyyə yaranır. 
Bundan başqa, bağayarpağının  yarpaq və cavan zoğla-
rını  ət  maşınından  keçirir,  yumurta  ilə  qarışdırıb  qayğanaq, 
sıyıq, püre və s. xörəklərin, həmçinin giləmeyvə likörlarının 
tərkibinə  daxil  edirlər.  Bağayarpağı  pəhriz  xörəklərinin 
tərkibinə də əlavə olunur. 
 
Qanqal 
 
İkiillik bitkidir. 100-dən artıq növü Yer kürəsinin Av-
ropa, Asiya  və Şimali Afrika ölkələrində  yayılmışdır.  Azər-
baycanda isə 15 növünə rast gəlinir. 
Çöl  qanqalı  –  Toxumlarının  tərkibində  30%-ə  qədər 
yağ,  köklərində  inuliri,  yarpaq  və  gövdəsində  alkoloidlərin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin