Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə344/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   340   341   342   343   344   345   346   347   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
269 
olunur. 
Qatıqdan hazırlanmış ağartılar – pendir, süzmə, ayran, 
dələmə,  atlama,  süddüsümən,  körəməz  və  s.  müalicəvi 
əhəmiyyətə  malikdir.  Qatıq  mədə-bağırsaq  xəstəliklərinin 
müalicəsində yaxşı təsir göstərir. 
Qatıq saçın gur, təmiz saxlanılması üçün də gərəklidir. 
Müdrik  nənələrimiz  saçlarını  uzatmaq  üçün  saç  dibində 
qovağın  (kəpək)  olmaması  üçün  qatığı  yumurta  sarısı  ilə 
qarışdırıb  saçlarını  yumuşlar.  Bu,  saçı  qurumağa  qoymur, 
saçın  dibini  bərkidir,  saçın  vaxtından  əvvəl  ağarmasının 
qarşısını  alır,  saçda  sirkə  və  bitin  olmasına  imkan  vermir. 
Bədəndə  yanıq  əmələ  gələndə,  qatıq  yaxması  müalicəvi 
əhəmiyyətlidir.  Xüsusilə  uşaqlarda  qurd  xəstəliklərinin 
qarşısını  almaq  üçün  10-15  gün  axşam  yatmazdan  əvvəl  və 
sübh tezdən onlara bir stəkan tünd sarımsaqlı qatıq içirtmək 
məsləhətdir. Bu, həm də dişdibini bərkidir, diş  ətinin şişini, 
zədələrini müalicə edir. Sarımsaqlı qatıq axşam-səhər içilər-
sə,  mədə-bağırsaq  xəstəliklərinin  qarşısı  alınar.  Ümumiy-
yətlə,  qatıq  yeyən  adam  uzunömürlü,  gümrah,  görmə 
qabiliyyəti  yaxşı  olur.  Üzdə  və  bədəndə  şiş  və  ya  səpgilər 
əmələ  gələrsə,  qatıq  və  ya  süzmədən  övkələmə  üsulu  ilə 
təpitmə  etmək  məsləhətdir.  Bunu  2-3  gün,  15-20  dəqiqə 
müddətində təkrar etmək məsləhətdir. 
Qurud.  Qatıq  süzməsindən  hazırlanır,  uzun  müddət 
xarab olmur. Ən çox maldar-köçəri tayfalara məxsus qidadır. 
Qurud diş ətini, ağız boşluğundakı səpgiləri müalicə edir, 84 
tüpürcək  vəzisinin  işini  tənzimləyir,  iştahanı  artırır, 
susuzluğu  aradan  qaldırır.  Qaraciyər,  mədə-bağırsaq  xəstə-
liklərinin  müalicəsinə  müsbət  təsir  göstərir.  Qurudu  sarım-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin