Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə345/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   341   342   343   344   345   346   347   348   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
270 
saqla birlikdə əzib qarışdırdıqda, bir çox xəstəliklərə: qanax-
ma, şiş (xərçəng), qurd və eyni zamanda qan təzyiqinin tən-
zimlənməsinə, öd şişinin, sətəlcəm-qançır: soyuqdəymə, bəl-
ğəm, göyöskürək, sinə, oynaq ağrılarına, iştahasızlığa, ümu-
mi halsızlığa müsbət təsir göstərir. 
Yuxarıda qeyd edilənlərdən əlavə, aşağıda göstərəcəyi-
miz  bal  (qida),  söyüd  (ağac),  sürmə  (bəzək),  qara  su  (xəs-
təlik) və s. də xalq təbabətində geniş istifadə olunur. 
Bal. Bütün dövrlərdə dərmandır. Ulu, müdrik loğman-
larımızın  belə  bir  tövsiyəsi  var:  "Heç  bir  azar-bezar,  dərd 
görmək  istəmirsənsə,  çox  yaşamaq  istəyirsənsə,  bal  ye". 
Balın həzmi ağır olduğundan onu səhər  yemək  məsləhətdir. 
Bal qaymaq ilə yeyiləndə iştahanı artırır, uzun müddət adamı 
tox  saxlayır.  Ondan  üzün  təravətləndirilməsində  də  istifadə 
olunur. Bir qaşıq balı bir qaşıq su və bir yumurtanın sarısı ilə 
qarışdırıb  həll  etmək  və  alınan  məhlulu  üzə,  ələ,  boyun 
dərisinə  çəkmək,  15-20  dəqiqə  saxlayıb,  sonra  ilıq  su  ilə 
yumaq lazımdır. 
Bir  qaşıq  balı,  yarım  stəkan  bulaqotu  şirəsi  ilə  qarış-
dırıb  üzə  çəkmək,  10-15  dəqiqədən  sonra  onu  ilıq  su  ilə 
yumaq lazımdır. 
10-15 gün müddətində, hər axşam bir qaşıq balı yarım 
qaşıq  döyülmüş  bibərlə  qarışdırıb  saçın  dibinə  sürtdükdə, 
saçın  tökülməsinin  qarşısı  alınır,  saç  dibində  olan  qovaqlar 
təmizlənir. Bir qaşıq bala üç damcı sirkə qarışdırıb, bir həftə 
müddətində  içdikdə  bəlğəm,  öskürək,  göyöskürək  və 
qusmanın qarşısını alır. 
Söyüd. Ayaq barmaqlarının arası bişməcə olan, tez-tez 
tərləyən  adamlara  söyüd  ağacının  qabığını  və  ən  nazik  çu-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin