Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə346/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   342   343   344   345   346   347   348   349   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
271 
buqlarını  qaynadıb  bir  az  soyuduqdan  (ilıq)  sonra  ayaqları 
15-20  gün  axşam-səhər  25-30  dəqiqə  vanna  etmək,  sonra 
ayağı  təmiz  qurulamaq  (barmaqların  arası  nəm  qalmama-
lıdır) məsləhətdir. Bu cür müalicə üsulu effektli olur. 
Sürmə. Ondan bəzək kimi istifadə edilsə də, bu, görmə 
qabiliyyətinə  zərərdir.  Sürmə  tər  vasitəsilə  göz  nahiyəsinə 
süzülür,  gözün  selikli  qişaları  vasitəsilə  həll  olunur,  gözdə 
xronoloji  qızarma,  gicişmə,  acışma  əlamətlərini  şiddət-
ləndirir,  nəticədə  göz  bəbəyində  yeyilmə,  nur-qara  su 
xəstəliklərinə çevrilir. 
Gözü təbii şəkildə qoruyub saxlamaq məsləhətdir. 
İlan  qabığı.  Xalq  təbabətində  çox  qədimlərdən,  döş, 
oynaq və bel ağrıları zamanı ilan qabığından istifadə olunur. 
İlanın  qabığını  əzib  beldə,  oynaqlarda  ağrıyan  yerlərə  tə-
pitmə qoymaq, saç tökülməsi zamanı isə başa  yaxmaq məs-
ləhətdir, bu, saçın dibini möhkəmlədir və hətta yeni saçgətir-
mə qabiliyyətinə malikdir. İlan qabığının həbi (balaca, yum-
ru  şəkildə)  daxildə  olan  mədə-bağırsaq,  ağciyər,  qaraciyər, 
dalaq və s.) şişlərin müalicəsi üçün də çox faydalıdır. 
Qara su. Dünyada geniş yayılmış göz xəstəliyidir. Nur 
suyu,  qara  su,  daima  axan  göz  yaşı  xəstəliklərinə  tutulanlar 
50  q  camış  yağı  ilə  bir  yumurta  ağını  qarışdırıb  yaxşı  həll 
etdikdən  sonra,  onun  təpitməsini  hər  axşam  yatmamışdan 
əvvəl  30-35  dəqiqə  (10-15  gün)  gözün  üstünə  qoyduqda 
xəstəliyə yaxşı təsir göstərir. 
Ardıc  –  əsasən  meyvəsindən  istifadə  edilir.  Sidikqo-
vucu  olub,  infeksiya  və  mikrobları  zərərsizləşdirir.  Bal  ilə 
qarışığından dişdibi və damaq yaralarına qarşı istifadə edilir. 
İtburnu – çiçəyi qızılgülə bənzəyir, soyuq və qurudur, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   342   343   344   345   346   347   348   349   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin