Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə354/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   350   351   352   353   354   355   356   357   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
278 
karen,  x-tepninol  və  s.  təşkil  edir.  Badyandan  alınan  efir 
yağının  iy  və  tərkib  xüsusiyyətləri  cirə  yağına  yaxın  oldu-
ğundan  çox  vaxt  əczaçılıq  sənayesində  əvəzedici  kimi  iş-
lədilir.  Bunun  toxumundan  alman  efir  yağının  tamı  azca 
turşməzədir.  Yağından  yeyinti,  əczaçılıq,  ətriyyat,  kosme-
tika, sabunbişirmə və s. sənayelərdə geniş istifadə edilir. 
Badyan  ədviyyə  kimi  xəmir  məhsullarının  tərkibinə 
əlavə  edilərək  qoğal,  peçenye,  çörək-bulka  və  s.  bişirilir. 
Müxtəlif meyvə, giləmeyvə və tərəvəzlərdən hazırlanan şirə-
lərin,  sərinləşdirici  içkilərin  tamının  yaxşılaşdırılmasında 
geniş  istifadə  edilir.  Müxtəlif  ət,  balıq  və  tərəvəzdən  hazır-
lanan  xörəklərin  tamının  xoş  ətirli  olması  üçün  əlavə  qatqı 
kimi də işlədilir. 
 
Qara istiot 
 
Qara istiot mixək və muskat qozu kimi qədim ədviyyat 
bitkisi sayılır. 
Qara istiotun ətirli iyi və kəskin büzüşdürücü dadı var-
dır.  Onun  xoş  ətir  verməsinə  səbəb  tərkibində  0,9-2,5%-ə 
qədər efir yağının, kəskin büzüşdürücü xassəsi isə tərkibində 
5-9%-ə  qədər  piperin  alkoqoloidinin  olmasıdır.  Bundan 
başqa,  onun  tərkibində  1-2%  kitrə,  6-12%  yağ  və  çoxlu 
nişasta vardır. 
İstiot ən çox yeyinti sənayesində işlədilir. Ət və tərəvəz 
məhsullarından  hazırlanan  müxtəlif  xörək  növlərinə  və 
kolbasalara xoş ətir, tam vermək üçün ədviyyat qatqısı kimi 
istifadə olunur. Qara istiot iştahanı artırır və həzmi yaxşılaş-
dırır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   350   351   352   353   354   355   356   357   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin