Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə348/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   344   345   346   347   348   349   350   351   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
273 
ƏDVİYYAT BİTKİLƏRİNİN MÜALİCƏVİ 
XÜSUSİYYƏTLƏRİ 
 
Ədviyyatlar demək olar ki, mahiyyətcə dərman bitkilə-
ri hesab edilir. Ədviyyat bitkiləri ilə dərman arasında heç bir 
sərhəd  qoymaq  olmaz.  Ədviyyatla  çox  qədim  dövrlərdən 
başlamış  hazırki  dövrə  kimi  hazırlanan  xörəklərin  tamım 
yaxşılaşdırmaq  və  həzm  sistemini  normaya  salmaq 
məqsədilə istifadə edilir. Ədviyyatlar tərkiblərində güclü iyə 
malik  efir  yağı  saxlayır.  Bunlardan  sarımsağı,  soğanı,  mər-
zəni,  kərəvizi,  cəfərini,  şüyüdü,  cirə,  zirə  və  s.  göstərə  bi-
lərik.  Ədviyyatlar  tüpürcək,  mədə  və  öd  kisəsi  vəzilərinə 
təsir edib onların şirə ifraz etmək qabiliyyətlərini gücləndirir 
və bunun nəticəsində qəbul olunan qidalar həzm sistemində 
yaxşı həll olur və maddələr mübadiləsinin düzgün getməsinə 
şərait yaradır. 
Ədviyyat dedikdə dərman xüsusiyyətlərinə malik bitki-
lər  başa  düşülməlidir.  Onlar  orqanizmin  sağlamlığında  mü-
hüm rol oynayırlar. Sarımsaq, qıtıqotu, turp, soğan, xardal və 
s.  antibiotik  təbiətli  bitkilər  olub  qiymətli  müalicəvi  təsirə 
malikdirlər. 
Lyubistok,  mərzə,  cəfəri,  kərəviz  və  ardıc  böyrəyin 
fəaliyyətini nizama salır və orqanizmdə olan artıq suyu kənar 
edir.  Mədə  şirəsinin  ifrazında  cirə,  razyana,  zirə,  qıtıqotu, 
sarıkök, bədrənc, boymadərən mühüm rol oynayırlar. 
Tüpürcək  vəzinin  normal  fəaliyyətində  istiot,  xardal, 
sitrus bitkiləri mühüm əhəmiyyət kəsb edir. Beləliklə, ədviy-
yat bitkilərinin insan sağlamlığında oynadıqları rollardan çox 
danışmaq  olar.  Lakin  bir  sıra  ədviyyatlardan  çox  ehtiyatlı, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin