Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə335/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   331   332   333   334   335   336   337   338   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
261 
Bu məqsədlə  yarpaqları bitki çiçək açan vaxt toplayır, 
açıq  havada  qurutduqdan  sonra  həvəngdəstədə  əzib  toz 
halına  salırlar.  Həmin  tozdan  gündə  üç  dəfə  1-2  çay  qaşığı 
xəstənin dilinin üstünə tökərək isti çayla içirdirlər. 
Bağayarpağının  yarpaqlarının  sulu  çıxarışından  alınan 
plantaqiyusin preparatından mədə xəstəlikləri və yaralarında, 
onikibarmaq  bağırsaq  xəstəliklərində,  turşuluq  artıqda  və  s. 
istifadə olunur. 
Bitkinin  yarpaqlarından  hazırlanmış  10%-li  mazı  şaf-
talı  yağı  və  vazelinlə qarışdırıb  yaraların  müalicəsində anti-
mikrob kimi istifadə edirlər. 
Bağayarpağının  qurudulmuş  yarpaqlarının  tərkibində 
bir  çox  qiymətli  maddələr:  rinatin  qlükozidi,  karotin,  acı 
maddələr, K və C vitaminləri, 2,5%-ə qədər aşı maddəsi, li-
mon  turşumu,  ferment  və  yapışqanlı  maddə,  karbohidratlar 
və s. vardır.  
Bağayarpağının cavan və zərif yarpaqlarından müxtəlif 
salatlar, soğan, kartof, gicitkən və xardalla qarışığından dadlı 
və ləzzətli qida məhsulları hazırlayırlar. 
Bu  bitki  el  arasında  "min  dərdin  dərmanı"  adı  ilə  də 
məşhurdur.  Bağayarpağının  müalicəvi  əhəmiyyəti  çoxəsrlik 
tarixə  malikdir.  İnsan  bədənində  əzilmə,  göyərmə,  qançır, 
yanıqlar,  irinli  yaralar,  qabarlar,  çiban  və  sızanaqlar  olarsa, 
bağayarpağının  təpitməsindən  istifadə  edilir.  Ulu  baba-
larımız  bağayarpağı  toxumundan  və  onun  məhlulundan, 
dəmləməsindən ishal, qarınağrısı, mədə-bağırsaq pozuntusu, 
sətəlcəm,  soyuqdəymə,  diş  ağrısı,  ifrazat  orqanlarının 
müalicəsində  geniş  istifadə  etmişlər.  Bağayarpağından 
dəmlənmiş çay və onun həlimi sidik yollarının müalicəsində 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin