Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə375/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   371   372   373   374   375   376   377   378   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
296 
DƏRMAN KİMİ İSTİFADƏ OLUNAN 
MEYVƏ VƏ TƏRƏVƏZLƏR 
 
MEYVƏLƏR 
 
Albalı –  yel xəstəliyi, oynaq ağrıları, qan-damar siste-
minin pozulması, ürəkbulanması zamanı məsləhət görülür. 
Alça  –  əsəbi  adamlar  üçün  xeyirlidir.  Alça,  həmçinin 
yel xəstəliyinə, qan-damar sisteminin tənzimlənməsində məs-
ləhət görülür. Alça qurusu qanazlığı olanlar üçün faydalıdır. 
Alma – ətirli  və sulu alma iştaha açır. Ürəkdöyüntüsü 
və  təngnəfəslik  hallarında  almadan  istifadə  edirlər.  Şəkəri 
olanlar  da  almadan  istifadə  edə  bilərlər.  Turş  almanın 
şirəsini  şəkər  qatmadan  bişirib,  öd  xəstəliklərində  və 
daşlaşmaya qarşı istifadə edirlər. 
Armud – mədə  və öd kisəsi üçün faydalıdır. Yel xəs-
təliyi olanlar armuddan istifadə edirlər. Meyxoş armud şəkər 
xəstəliyi  olan  adamlar  üçün  münasibdir.  İştahanı  artırır, 
ürəkbulanmasının qarşısını alır. 
Əncir  –  onu  dərdikdən  sonra  parça  üzərinə  sərib,  gü-
nəş şüası  altında saxladıqca onun şəkərliliyi artır. Əncir bə-
dən  hərarətini  və  susuzluğu  yatırır,  tərləməyə  müsbət  təsir 
edir.  Arpa  unu  ilə  ənciri  qatıb,  çiban  üzərinə  təpitmə 
qoyanda, çibanın tez yetişməsinə kömək edir. 
Əzgil – yetişmiş əzgildə şəkər və limon turşusu vardır. 
Meyvəsi  və  yarpağı  qəbizlik  yaradır.  Qanlı  ishala  qarşı 
səhərlər 200-300 q. əzgili qabıqsız  yemək məsləhət görülür. 
Əzgilin tumu döyülüb toz halına salınır, ondan bir çay qaşığı 
götürüb  cəfəri  kökünün  şirəsi  ilə  qatışdırıldıqdan  sonra 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin