Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə378/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   374   375   376   377   378   379   380   381   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
298 
tulması  və  öskürək  əleyhinə  işlədirlər.  Turş  narın  şirəsi  ilə 
qarqara etməklə, ağızda olan qaynaşma  yara və şişlərə qarşı 
effektli  mübarizə  aparılır.  Bağırsaqların  daxili  divarlarını 
təmizləmək  üçün  narı  dənələyib  yemək  məsləhətdir.  Nar 
həm də əsəb üçün tövsiyə edilir. 
Şaftalı – mədə üçün münasibdir, qabıqlı yemək məslə-
hətdir, tez həzm olunur, öd xəstəliyi zaman, onun şirəsindən, 
acqarına  içmək  məsləhətdir.  Çiçəyi  və  yarpağı  yumşaldıcı 
xassəyə  malikdir.  Çəyirdəyinin  içini  yarıyanmış  bişirib 
üyüdür və yara üzərinə səpirlər. 
Tut – qaraciyər və dalaq üçün məsləhətdir. Qabığı, kö-
kü  və  yarpağı  sidikqovucu  xassəyə  malikdir.  Yapışqanını 
çeynəmək,  damağı  möhkəmləndirir.  Şaxtutun  (ağ  tut)  mey-
vəsi öd və bağırsaq iltihabı, qanlı ishala qarşı çox faydalıdır. 
Şaxtutun yarpağının dəmləməsi qanda şəkəri aşağı salır. 
Üzüm – qanı saflaşdırır. Çox üzüm yeyən adamlar xər-
çəng  xəstəliyinə  az  hallarda  tutulurlar.  Qan-damar  xəstə-
likləri,  qan  təzyiqi  olanlar  üçün  üzüm  yemək  məsləhətdir. 
Yarpağı da müalicəedici xassəyə malikdir. 25 q tut yarpağını 
bir litr suda dəmləyərək, hər gün yeməkdən əvvəl bir fincan 
islah  və  sarılıq  zamanı  içmək  məsləhətdir.  Böyrək  və  sidik 
kisəsində  daşı  olanlara  hər  səhər  acqarına  bir  qaşıq  üzüm 
mətini  içmələri  məsləhətdir.  Üzüm  qan  yaradır,  böyrəklərin 
fəaliyyətini gücləndirir. 
Zoğal – ishal və mədə yarası üçün məsləhətdir. O həm 
də  mədə-bağırsağı  qüvvətləndirir.  Susuzluğu  yatırır,  qan 
təzyiqini tənzimləyir, öd  üçün faydalıdır. Mürəbbəsi  soyuq-
dəymə  üçün  münasibdir.  Zoğal  qanın  turşuluğunu  azaldır, 
qanı saflaşdırır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin