Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə379/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   375   376   377   378   379   380   381   382   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
299 
GİLƏMEYVƏLƏR 
 
Böyürtkən  –  qanlı  babasilə  qarşı  işlədilir.  Yara  üçün 
təzə  yarpağı  və  xırda  qol-budağından  döyülüb  alınmış  şirə-
sini  tut,  gavalı  ağaclarının  qabığında  olan  yapışqan  ilə  bir 
qədər qatıb təpitmə kimi istifadə edilir. Bu həm də göz şişi, 
gözətrafı yaralar üçün də məsləhətdir. 
Çiyələk  –  bədənə  soyuqluq  və  rütubət  verir.  Meyvəsi 
dadlıdır,  ürəyi  beyni  qüvvətləndirir.  Qanı  təmizlədiyi  üçün, 
dərinin  rəngini  şəffaflaşdırır,  yaxşılaşdırır,  həzmə  kömək 
edir. Böyrək daşı xəstəliklərinə qarşı istifadə edilir. 
Qarağat – bədənə soyuqluq və quruluq verir, mədə və 
ürək  üçün  xeyirlidir.  Şirəsi  susuzluğu  yatırır,  ürəyi  qüvvət-
ləndirir.  Meyvəsi  və  onun  şirəsi  qan  təzyiqini  aşağı  salır, 
şəkər xəstəliyi olanlar üçün çox faydalıdır. 
Moruq – bədənə quruluq verir. Meyvəsindən soyuqdəy-
mə  hallarında  tərqovucu  vasitə  kimi  istifadə  olunur.  İstər 
yarpağı,  istərsə  də  çiçəyi  mədə-bağırsaq  pozulması  hal-
larından istifadə olunur, şəkər xəstəliyi olanlar üçün xeyirlidir. 
Zirinc – öd üçün olduqca münasibdir, zəfəranla qarış-
dırıldıqda  həzmə  kömək  edir.  Zirinc  şirəsi  qan  təzyiqini 
aşağı  salır.  Soyuqdəymədən  və  ciyər  xəstəliyindən  əziyyət 
çəkənlərə  hər  gün  yeməkdən  qabaq  bir  fincan  qəbul  etmək 
məsləhətdir. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin