Aqillərin inamına görə: qan laxtalanmasından əziyyət
çəkən adamlara 10-15 gün hər gün yeməkdən əvvəl üç dəfə,
nanə dəmləyib içmək məsləhətdir.
Aqillərin inamına görə: yuxuda qaşın qaşınması çox-
dan bəri görüşmədiyin dostuna, əzizinə rast gəlmək kimi
yozulur.
Aqillərin inamına görə: ilk dəfə xəmir yoğurmaq
üçün evə gətirilmiş un çuvalının ağzını açarkən unu üç dəfə
ovuca götürüb çuvala qaytarıb, sonra: "Bərəkətin çuvalda
qalsın!" – dedikdən sonra xəmir yoğurmaq üçün un
götürülür.
Aqillərin inamına görə: selləmə yağış yağanda, mis
qazanı boş ağzı üstə çevirəndə yağış kəsər.
Aqillərin inamına görə: ürəyi tez-tez döyünən zəif
adamlara çayı az içmək, əvəzində süd, səhər, günorta, axşam
yeməkdən əvvəl meyvə şirəsi içmək məsləhətdir. Kök və
tərəvəz çuğundurunu ətçəkən maşında çəkib, şirəsini hər gün
yeməkdən əvvəl üç dəfə, bir fincan içmək də ürəyin ağrısını,
döyüntüsünü sakitləşdirir.