Aqillərin inamına görə: mal-qaranın, ilxının, qoyun
sürüsünün ortasından keçmək günahdır, yaxşı olar ki, sürü,
mal-qara, ilxı keçəndən sonra keçəsən. Əks halda evin
bərəkəti kəsilər, həmin adamın ailəsinin var-yoxu əldən gedər.
Aqillərin inamına görə: baş darağını başqasına ver-
mək olmaz, arada söz-söhbət olar, həmin gün daraq sahibi
kiminləsə bəd danışar, qanqaralığı olar.
Aqillərin inamına görə: şər qarışanda nə qonşuya qa-
zan, ver, nə də qazan al. Əks halda şərə düşərsən. Ev-eşiyə
bədxahlıq üz verər. Səhər üzünə xoş xəbərlə açılmaz.
Dostları ilə paylaş: |