Aqillərin inamına görə: Novruzda il təhvil olunan
vaxtı ailənin ən kiçik oğul övladı, nəvəsi şamı yandırmalıdır
ki, ailənin işığı yeddi arxadan keçənə qədər yandırılsın. Hə-
min oğlan uşağı həm də niyyətlə alınmış bardaq, sənək, ku-
zədə gətirilmiş pak, təmiz sudan ailə üzvlərinə, xüsusilə, ağır
xəstəyə bir dolça su verməlidir. İnama görə: bu su ömür-gün
uzadan, dərdə əlac edən dirilik suyu kimi qəbul edilir. Yeni
ilin ilk günündə qapıdan bayıra çıxan adamın arxasınca evin
kiçik oğul övladı üç dəfə su atır. Bu su uğur suyu adlanır.