147
çiyələk yemək məsləhətdir.
Qanazlığı üçün gündə acqarına 2 fincan yerkökü şirəsi
içmək, xurma yemək məsləhətdir.
Ümumi bədən zəifliyi olanlara kəklikotu vannası qəbul
etmək məsləhətdir.
Bel fəqərələrinin küt, kəskin ağrıları üçün sarımsaqdan
hazırlanmış məlhəm sürtmək də rahatlıq yaradır.
Qan dövranının pozulması və qanın tərkibinin dəyiş-
məsi hallarında bir baş sarımsaq işlətmək müsbət nəticə
verir. Səhərlər acqarına böyürtkən yemək və bir stəkan
yerkökü şirəsi içmək məsləhətdir.
Noxud təmiz qan yaradır.
Sıxılıb qaynadılmış arpa suyu təmiz qan yaratmaqda ən
münasib vasitələrdəndir.
Qan təzyiqini tənzimləmək üçün turş və turşməzə alma
yemək, şirəsini içmək məsləhətdir.
Sarıkök işlətmək qaraciyər xəstəlikləri üçün məsləhət
görülür.
Limon şirəsi öd kisəsinin şişini götürür.
Bir həftə səhər-səhər çimdikdən sonra limon şirəsini
azacıq qaynanmış suya qataraq içmək böyrək ağrılarını
aradan qaldırır.
Turp yemək böyrək ağrılarını sakitləşdirir. Sidik kisəsi
ağrısı zamanı bağayarpağının özünü və kökünü dəmləyərək
şərbətlə işlətmək məsləhətdir.
Zoğal və ya zoğal qurusu yemək, həm qan təzyiqini
tənzimləyir, həm də ödü sakitləşdirir, susuzluğu yatırır. Təzə
arpanın qaynanmış suyu təmiz qan yaratmaqla bərabər qan
təzyiqini tənzimləyir, ödü və susuzluğu yatırır. Balqabaq
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com