148
turşusu qan təzyiqini tənzimləyir və ödü sakitləşdirir.
Qurut qan təzyiqi və ödü tənzimləyir.
Nar çiçəyini qaynadıb bal ilə qarışdırıb, hər səhər bir
qaşıq udmaq sinəni bəlğəmdən təmizləyir.
Yasəmən çiçəyinin də sinəni, bəlğəmi təmizləmək və
yumşaldıcı xassəsi vardır.
Moruğu bal ilə qarışdırıb yemək sinə üçün çox fayda-
lıdır.
Faydalı vasitələrdən biri də limon şərbətidir. Limonu
qabığı ilə birlikdə doğrayıb bir litr qaynar suda iki saat sax-
ladıqdan sonra, bir qədər şəkərlə şirin edilər. Gündə üç fin-
can isti limon şərbəti içmək temperaturu aşağı salmaqla,
bədənin müqavimətini xeyli gücləndirir.
Öskürək müxtəlif olduğu kimi, onun müalicəsi də
müxtəlifdir; öskürəyə qarşı 30 qr təzə və ya quru heyva çiçə-
yini bir litr suda dəmləyərək içmək öskürəyə qarşı yaxşı
vasitədir. Müalicəsi yaxşı təsir edir.
Sədəfotunu quru şüyüd ilə dəmləyib içmək iltihab və
yara üçün məsləhətdir.
İspanağı bişirib yemək bəlğəmli iltihaba qarşı yaxşı
vasitədir.
Öskürəndə qan görünərsə, yumurta ağını ilıq halda iç-
mək təsirli vasitələrdən hesab edilir.
Nar çiçəyinin suyunu qaynadıb, sonra ilıq halda içmək
də öskürəyə müsbət təsir göstərir.
Öskürəyə qarşı faydalı dərmanlardan biri də təzə sağıl-
mış keçi, dəvə və qoyun südüdür.
Bronxit üçün bənövşə çiçəyinin dəmləməsini içmək
məsləhətdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com