157
MEYVƏLƏR Albalı İştahanı artırır, susuzluğu aradan qaldırır, ağız boşlu-
ğunda qurumanın qarşısını alır, tüpürcək vəzilərini tənzim-
ləyir, üzü şəffaflaşdırır. Albalı şirəsindən hazırlanan təpitmə
(maska) üz dərisini yumşaldır. Axşam yatmamışdan əvvəl
onu üzə çəkmək, 30-35 dəqiqədən sonra ilıq su ilə yuyub
silmək məsləhətdir. Bu, üzdə olan ləkələri də təmizləyir.
Albalı və onun şirəsi qan təzyiqini tənzimləyir, öd
kisəsindəki ağrıları aradan qaldırır. Hamilə qadınlara yaxşı
təsir göstərir.