Nübar Həkimova ___________________________________
154
bağayarpağı, bədrənc, xiyarotu və s.-dən hazırlanmış, tərkibi
vitaminlərlə zəngin salat məhsullarını görə bilmirik.
Niyə insan sağlamlığı üçün böyük əhəmiyyətə malik
olan gicitkən, yolotu (kasnı), acı bolu, şirin bolu, əvəlik, uş-
qun (rəvənd), çaşır, güllücə, xəşənbül, quşəppəyi, amarant,
bağayarpağı, xiyarotu, bədrənc, qazayağından və s. qida
kimi istifadə etməyək? Zəncirotuna, çaşıra acı dad verən
maddələri hansı üsullarla aradan qaldırmaq olar?!
Yabanı tərəvəz bitkilərinin tərkibi insan orqanizmi
üçün vitaminlər, mikroelementlər, pektin, zülallar, karoti-
noidlər, sellüloza və s. kimi əvəzolunmayan bioloji aktiv
maddələrlə zəngindir. Təsəvvür edin ki, süfrəyə xörəklərlə
yanaşı, duza və yaxud turşuya qoyulmuş, nanə əlavə olun-
muş pərpərən, mərəçüyüd, çaşır qoyulmuşdur. Siz onları hə-
vəs və iştahla yeməyə başlayacaqsınız. Sonralar isə bunları
hər gün yemək istəyəcəksiniz. Hər gün zirə qarışdırılmış
ətirli çörək, bulka, kökə, qaraqınıq yarpağı əlavə edilmiş
ləzzətli ət xörəklərini məmnuniyyətlə yeyəcəksiniz.
Qaraqınıq, kəklikotu, andız, cökə çiçəyi, qantəpər, dazıotu,
yarpız və s. ilə dəmlənmiş ətirli iyə və xoş dada malik çayı
daha həvəslə içəcəksiniz. Siz elə bir mürəbbə tapmaqda
acizlik çəkəcəksiniz ki, onu dərgilin (itburnu), rəvəndin,
yemişanın, zirincin ləçək, zoğ və meyvələrindən hazırlanmış
mürəbbə ilə müqayisə edəsiniz.
Ulu babalarımız və əcdadlarımız hələ çox qədim za-
manlardan yabanı ədviyyat və tərəvəz bitkilərindən istifadə
etmişlər. Bitkilərin faydalı müalicəvi xüsusiyyətlərinin kö-
məyi ilə onlar bir çox dəhşətli xəstəliklərin qarşısını almış-
lar. Hazırda çalışmalıyıq ki, yabanı tərəvəz və ədviyyatlar-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|