156
uzun müddətli səfərlər, təyyarə qəzaları, partizan hərəkatları,
itkindüşmə zamanı insanlar həmişə yeməli bitkilərin yarpaq,
kök, yaşıl və qabıq hissələrindən, kökümsovlarından, gilə-
meyvə və meyvələrindən istifadə edərək özlərini ölümdən
xilas etmişlər.
Təqdim edilən kitabda respublikamızın ərazisində ya-
yılan yabanı qida və ədviyyat bitkilərinin heç də hamısı
haqqında məlumat verilmir. Burada yalnız xalqımıza yaxşı
tanış olan, gündəlik yeməklərində az da olsa istifadə edilən
və əsrlər boyu orqanizm tərəfindən adaptasiya olunan və
eləcə də ilk dəfə bizim tərəfimizdən öyrənilərək elmə gəti-
rilən yeni yabanı tərəvəz və ədviyyat bitkilərindən söhbət
açılır.
Mən bir daha oxucularımdan xahiş edirəm ki, kitabda
verilən tövsiyələrdən istifadə edərkən mütləq təbiblərlə
məsləhətləşsinlər. Ulu müdriklərimizin gözəl bir kəlamı var:
«Məsləhətli don geniş olar».
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com