150
larını sakitləşdirir. Ağrı olan yerlərə çobanyastığı sürtmək də
məsləhətdir. Moruq yemək yel xəstəliyinə tutulan adamlar
üçün xeyirlidir.
Oynaq ağrıları zamanı şalğamı bişirib, xırda-xırda doğ-
rayandan sonra xəmir halına salıb, təpitmə kimi ağrı olan
yerlərə qoyurlar. Kələm yarpağının təpitməsi də ağrıları
sakitləşdirir. Bunun üçün yarpağı əvvəlcə bir qədər əzişdirib,
od üzərində azacıq bişirib, gündə 2-3 dəfə ağrıyan yerə
qoyub yun parça ilə bağlamaq məsləhətdir.
Çibanı olanlar əvvəlcə onu yetişdirən vasitələrdən isti-
fadə edirlər. Arpa unundan xəmir düzəldib çiban üzərinə
qoyduqda təpitmə çibanın yetişməsinə kömək edir.
Çibana qarşı ən sərfəli və olduqca faydalı müalicə va-
sitələrdən biri bişmiş soğandır. Onu ocaqda bişirib, təpitmə
kimi çibanın üstünə bağlayırlar. Bu, çibanı tez yetişdirir və
müalicəni sürətləndirir.
Əhəngi sirkə ilə qatıb ziyilə sürtməklə də onu yandırıb
sağaltmaq mümkündür.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com