__________________________________ Nübar Həkimova
159
İnnab
Qan təzyiqini tənzimləyir, normal hala salır, qan-du-
rultma xassəsinə malikdir. Təmiz qan yaradır, insanı güm-
rahlaşdırır, əhvali-ruhiyyəni yüksəldir. Zob xəstəliyinə müs-
bət təsir göstərir. Dəmləməsi həm zob, həm də ağciyər və
vərəm xəstəliklərinə müalicəvi təsir göstərir.
İtburnu
Uzun əsrlik tarixə malikdir. İtburnu ağız boşluğunda,
bronxlarda baş verən iltihabi proseslərin qarşısını alır. Bunun
tərkibi vitaminlərlə zəngindir. Mədə-bağırsaq, həzm orqan-
ları xəstəliklərinin müalicəsində effektlidir. İtburnu sətəl-
cəm, soyuqdəymə, ishal, qarın ağrısı xəstəliklərinə yaxşı tə-
sir göstərdiyi kimi, böyrək xəstəliyini, sidik yolundakı daşı,
duzlaşmanı da aradan qaldırır, daxili qanaxmanın qarşısını
alır. Ondan büzücü həb kimi də istifadə olunur.
İtburnu tüpürcək, öd və mədəaltı vəzilərin fəaliyyətini
tənzimləyir, beyində əmələ gələn yaddaşsızlığı aradan qal-
dırır, iş qabiliyyətini artırır, qan dövranına yaxşı təsir edir.
Qurudulmuş itburnu ləçəyinin dəmləməsindən bir çox
xəstəliklər zamanı istifadə olunur.
İtburnu dəmləməsi, mürəbbəsi, bəhməzi (doşabı) qa-
nazlığının, gec sağalan dərialtı, dəriüstü yaraların, qanaxma-
nın, qaraciyər, böyrək, soyuqdəymə, ishal xəstəliklərinin
müalicəsində effektlidir. Bədən ağrıları, böyrək xəstəlikləri,
ishal, sətəlcəm xəstəliklərinə tutulanlara itburnunu qaynadıb
suyunda vanna qəbul etmək məsləhətdir. Bu, insanı
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|