__________________________________ Nübar Həkimova
161
məsləhətdir. Çobanyastığı və nanəni (yarpızı) dəmləyib, bir
limonun şirəsi ilə qarışdırıb bir sutka saxladıqdan sonra,
azacıq araq qatıb içdikdə, tez-tez tərləmənin və üzdə əmələ
gələn müxtəlif ləkələrin təmizlənməsinə kömək edir.
Yemişan
Turşməzədir, iştahanı artırır. Bunun meyvəsi, şirəsi,
mürəbbəsi, bəhməzi ishalın, qarın ağrısının qarşısını alır və
qan təzyiqini aşağı salır, böyrəklərdə, oynaqlarda, sidik yol-
larında olan kirəcləşmə və duzlaşmanın qarşısını alır, daşla-
rın əriməsinə yaxşı təsir göstərir. Yemişan meyvəsinin istər
qabığından, istərsə də çubuğundan dəmləmə və təpitmə zö-
kəmin qarşısını alır, sinə ağrılarını azaldır.
Yemişan toxumu qaraciyər, mədə-bağırsaq ağrılarını
azaldır. Bunun çayı, şirəsi, mürəbbəsi quru, göy öskürəyə,
soyuqdəyməyə yaxşı təsir göstərir.
Dostları ilə paylaş: |