167
qaraciyərin, beynin və ən çox isə əzələlərin normal fəaliyyət
göstərməsinə xidmət edir.
Şəkər xəstəliyinə düçar olan insanların banan yemələri
məsləhət görülmür. Banan mədə yaralarını müalicə edir.
İnsanların 50%-i mədə yarasından əziyyət çəkirlər. Mədə
yarasının müalicəsində banandan hazırlanan sıyıqlardan,
cövhər və şərbətlərdən geniş istifadə edilir. Belə ki, banan
preparatları mədənin selikli qişasına müsbət təsir edib, onun
tez bir zamanda bərpa olunmasına səbəb olur. Mədə
yaralarını adi meyvələri yeməklə də müalicə etmək olar.
Banan insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Banan
meyvəsinin tərkibində tonuslaşdırıcı təsirə malik efedrin
maddəsi olduğundan, onu qəbul edən zaman qan təzyiqi aşağı
olan insanlarda arterial qan təzyiqi normaya düşür, bunun nə-
ticəsində mərkəzi sinir sisteminin müsbətə doğru fəaliyyəti
yüksəlir, sonda şəkərin miqdarı qaydaya düşür, ağciyər bronx-
larının əzələlərinə təsir güclənir. Banan qəbul edən insanda
tonus artır, iş qabiliyyəti yüksəlir, yorğunluq aradan qalxır.