PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
164
Zeytun
Azərbaycanda zeytun qədim tarixə malikdir. Hazırda
Nardaranda yaşı 250-min ötən və hələ də bar verən zeytun
ağacı vardır. Azərbaycanda il ərzində 1800 ton zeytun mey-
vəsi və 90 ton zeytun yağı istehsal edilirdi.
Zeytun meyvələrinin tərkibində 27-70%-ə qədər əla
keyfiyyətli, donmayan, qızılı-sarı rəngli, ətirli yağ vardır.
Çəyirdəyinin tərkibində isə 30%-ə qədər yağ saxlayır. Zey-
tun yağı vitaminlə zəngin olduğuna görə orqanizm tərəfin-
dən asanlıqla mənimsənilir. Yeyinti məhsulları üçün istifadə
olunan bütün yağlardan keyfiyyətli sayılır. Zeytun yağı əl ilə
yığılan yetişməmiş meyvələrdən soyuq presləmə üsulu ilə
alınır. Yeyinti və tibb sahələrində geniş istifadə edilir.
Zeytunun cecə və toxum hissələrindən alınan ikinci növ
yağlar isə texniki məqsədlər üçün (sabunbişirmə, boyaq, lak
və s.) işlədilir.
Zeytunun yetişməmiş meyvələrindən alınan yağ bir sı-
ra dərman preparatlarının hazırlanmasında istifadə edilir.
Məsələn, yanıq məlhəmlərində, iynə dərmanlarının tərkibin-
də sağaldıcı kimi, revmatizm, hipertoniya, ateroskleroz,
mədə-bağırsaq xəstəliklərinin müalicəsində də geniş surətdə
istifadə edilir.
Son illərdə N.Nərimanov adına Azərbaycan Tibb Uni-
versitetinin əməkdaşları zeytun yarpaqlarından bir sıra
bioloji fəal maddələr – qlükozid, flavonoid, üzvi turşular və
s. olduğunu müəyyən etmişlər. Eksperimental və kliniki təc-
rübələr göstərmişdir ki, zeytun ağacının yarpaqları ürək xəs-
təliklərinin müalicəsində çox faydalıdır. Zeytunun təzə yar-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|