165
paqlarından hazırlanan ekstrakt və cövhərdən qan təzyiqinin
aşağı salınmasında, tənəffüs orqanlarının nizamlanmasında,
ürək-damar sisteminin yaxşılaşdırılmasında istifadə edilir.
Zeytundan boyaq bitkisi kimi də istifadə etmək olar.
İştahanı artırır, dişləri möhkəmlədir, ağızda əmələ gə-
lən səpgilərin qarşısını alır. Boğazın və bronxların iltihabını
aradan qaldırır, ağızda qurumanın qarşısını alır, tüpürcək
vəzilərini tənzimləyir.
Sətəlcəm, soyuqdəymə xəstəliyinə tutulanlara zoğal şi-
rəsi çox xeyirlidir. İshal və qarınağrısına da kömək edir. Zo-
ğal, onun mürəbbəsi, təzəsi və qurudulmuşu qan təzyiqinə,
mədə-bağırsaq xəstəliklərinə çox xeyirlidir, sinə, oynaq ağrı-
larını azaldır, həzmə kömək edir, ağızdan gələn pis qoxunu
aradan qaldırır.