171
sürtüb 25-30 dəqiqə saxladıqdan sonra, isti su ilə yuyub tə-
mizləyirlər. Qarağat yaxması dərini təmizləyir, onun elastik-
liyini artırır və təravətli edir. Qarağat vannaları qəbul etdikdə
bədəndə olan xoşagəlməz iylər yox edilir, orqanizmin
müqaviməti artır, əsəb sistemi sakitləşir. Qarağat yarpağını
gicitkən, çobanyastığı, kəklikotu, üçyarpaq yonca, dazıotu,
qaraqınıqla qarışdırıb, qadınlar üçün «gözəllik vannası» ha-
zırlayırlar. Bu «gözəllik vannasını» qəbul edən qadınların
bədənləri təravətli, parlaq olur, bu da onların özlərini əla hiss
etməsinə səbəb olur.
Yarpaqlarından hazırlanan dəmləmələrdə uşaqları çi-
mizdirib, dərilərində olan səpgiləri aradan qaldırırlar. Qara-
ğatın yarpaqlarından hazırlanan dəmləmələrlə Fransada də-
rinin tonusunun artırılmasında, Polşada dəri xəstəliklərində,
Tibet təbabətində diatez və dəri səpkilərində? Çexoslovaki-
yada ətirli vannalından maddələr mübadiləsinin nizama sa-
lınmasında, dəridə olan səpgilərin aradan götürülməsində
istifadə edilir. Qarağatın meyvələrinin rəngi üç cür – ağ, qara
və qırmızı olur.
Ağ və sarı rəngli qarağat meyvələrindən alınan şirələr
susuzluğu aradan qaldırır, iştahanı artırır, bağırsaq sisteminin
fəaliyyətini və tərgətirici vəzlərin fəaliyyətini normallaşdırır
və sidikqovucu vasitə kimi böyrək və sidik kisəsində kristal
halında olan urat turşularının parçalanıb orqanizmdə kənar
edilməsində tətbiq edilir.
D.K.Qesə və başqalarına (1966) görə, Belorus xalq tə-
babətində qara qarağatın çiçəklərindən hazırlanan dəmləmə
və cövhərlərindən qara ciyər, babasil, qadın xəstəliklərində,
urların; təzə meyvəsindən və yaxud ondan hazırlanan
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com