Nar meyvələrinin tərkibinə daxil olan maddələrin miq-
darı onun sortundan, yetişdirildiyi iqlim şəraitindən və bağ-
larda həyata keçirilən aqrotexniki tədbirlərin keyfiyyətindən
asılıdır. Nar şirəsinin tərkibində 76-78% su, 14-21 % şəkər,
3%-dək yağ, 3-4 % turşu, 1,5% protein olur. Normal
böyümüş meyvələrdən 75% şirə alınır.
Nar bir sıra meyvə bitkilərindən fərqlənərək uzun
müddət çiçəkləyir. Bu bitkinin çiçəklənməsi may ayından
başlayaraq avqust ayının axırınadək davam edir. May ayında
açılmış çiçəklərdən əmələ gəlmiş meyvələrdə şəkər çox,
turşu az, iyun-iyul aylarında açılmış çiçəklərdən əmələ
gəlmiş meyvələrdə isə şəkər az, turşu çox olur.
Narın sortlarından asılı olaraq ondan alınmış şirənin
tərkibində 4,4%-dən 21% -dək şəkər, 0,2%-dən 4%-dək tur-
şu olur. Cır narın şirəsində 3,2%-dək şəkər, 14%-dək limon
turşusu olur.
Azərbaycanda turş narın şirəsindən “narşərab” adlanan
qatı şirə hazırlanır ki, bu da ədviyyə kimi ətdən və balıqdan
hazırlanmış müxtəlif yağlı yeməklərdə işlədilir.
Narın meyvələrindən alınmış şirə müxtəlif qənnadı mə-
mulatlarını rəngləmək, spirtsiz içkilər və qazlı sular hazır-
lamaq üçün istifadə edilir. Narın meyvələrindən yüksək key-
fiyyətli, çəhrayı, tünd albalı, təbii şirələr hazırlayırlar. Nar
şirəsi orqanizmin susuzluğunu yatırır. Narın şirəsindən və
toxumlarından alınan yağdan kosmetikada geniş istifadə
edilir. Nar qabığının müalicə əhəmiyyəti onun tərkibinə
daxil olan alkoloidlə bağlıdır. Axır vaxtlarda narın
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com