174
dar K elementi olduğu üçün ürək-damar, xroniki böyrək xəs-
təliklərində, orqanizmində Na elementinin nizamlanması
üçün, eyni zamanda hipertoniya, ürək döyüntülərinin pozul-
masında, miokard infarktı zamanı ərik meyvəsi qəbul etməyi
məsləhət görürlər.
Əriyin toxumlarından alınan yağdan həlledici kimi bir
sıra dərman preparatlarının hazırlanmasında, duru müalicəvi
mazların və eləcə də kosmetik kremlərin istehsalında geniş
istifadə edilir.
Toxumu zəhərli olduğu üçün insanlar və ev quşları ara-
sında zəhərlənmə hadisəsi baş verir.
Ərikdən konserv, şirniyyat, mürəbbə, kompot, sərinləş-
dirici içkilər və s. məhsullar hazırlanır. Meyvələri təzə və
qurudulmuş halda pəhriz maddəsi kimi, anemiya xəstəliyi
zamanı hamilə qadınlara qüvvətverici və qanartırıcı vasitə
kimi məsləhət görülür. Qurudulmuş qaysıdan ürək zəif-
liyində və bir sıra başqa xəstəliklərdə istifadə edilir. Lakin
şəkər xəstəliyi zamanı məsləhət görülmür.
Pakistan alimlərinin məlumatlarına görə, yeməklə qə-
bul edilən 100 q əriyin insan orqanizminə olan xeyri (qanar-
tırıcı) 40 q ikra və ya 250 q təzə heyvan qaraciyərinə bəra-
bərdir.
Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran,
susuzluğun qarşısını alan vasitə, eləcə də xroniki qəbizlikdə
yüngül işlətmə dərmanı kimi istifadə edilir. Qurudulmuş
qaysıdan bir sıra xörəklərin tərkibinə ədviyyat kimi qatılır.
Yağından qənnadı sənayesində geniş istifadə edilir. Ərik
ağacının kitrəsindən həm yapışqan kimi, həm də yeyinti və
tibb sənayesində istifadə edilir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com