177
qələvi müvazinətinin normal saxlanılmasına kömək edirlər.
Üzüm bağırsaqda və qaraciyərdə toplanan zəhərli mad-
dələri zərərsizləşdirir, qanda sidik cövhərini azaldır və
orqanizmdə duzların toplanmasına mane olur.
Üzümdə olan çaxır turşusu insan orqanizminin həyat
fəaliyyəti üçün çox mühüm məhsullardan biridir.
Ona görə də üzümdən və onun şirəsindən bir sıra xəs-
təliklərin müalicəsində: poliartridlərdə, ürək, mədə, böyrək
xəstəliklərində, qan azlığında, maddələr mübadiləsinin po-
zulmasında, vərəmin ilk mərhələlərində, həmçinin kömək-
edici maddə kimi xroniki bronxitin, plevritin, bronxid asma-
sının və s. başqa xəstəliklərin müalicəsində istifadə olunur.
Üzümün tərkibinin 70-80%-ni su təşkil edir. Üzüm suyu
«Borjomi» və qələvi xüsusiyyətli mədən sularından geri
qalmır, hətta onlardan bir qədər üstün sayılır. Üzüm və üzüm
şirəsinin uşaqların qidasında əhəmiyyəti böyükdür. Əbəs
deyil ki, üzüm şirəsini məcazi mənada tərkibində piy və
zülal olduğu üçün «bitki südü» adlandırırlar.
Həkimlər üzüm şirəsindən qan, ürək-damar, böyrək və
qara ciyər xəstəliklərinin müalicəsində geniş istifadə edirlər.
Üzüm şirəsi bəlğəmgətirici təsirə malikdir. Ondan tənəffüs
yolları xəstəliklərində də geniş istifadə edilir. Üzüm şirəsi
qırmızı qan kürəciklərinin çoxalmasına, hemoqlobinin
artmasına və s. təsir göstərir.
Gün ərzində yalnız üzümlə qidalanmaq yaxşı nəticə
vermir. Çünki gündəlik qidanın tərkibində şəkərdən başqa
zülallar, yağlar və b. çoxlu qida maddələri də olmalıdır.
Üzüm şirəsinin təyin edilmiş vaxtda qəbul edilməsi orqa-
nizm üçün xüsusi əhəmiyyətə malikdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com