175
İnnab Meyvə yumru, uzunsov, armudşəkilli, qabıqları parıl-
dayan, qəhvəyi, qırmızımtıl-qonur rəngdə olub, çəyirdəkli
meyvədir. Meyvələri yabanı halda 1-2 sm., mədəni formada
3 sm. uzunluğunda, 1,5-4,5 q. ağırlığında olur.
İnnab çox qiymətli, faydalı bitkidir. Belə ki, onun
meyvəsi dadlı və keyfiyyətlidir. Meyvələri yaş və qurudulmuş
halda istifadə olunur. İnnabın meyvələrinin tərkibində 800
mq/%, yarpaqlarında isə 1220 mq/% C vitamini vardır.
İnnabın meyvələrinin tərkibində 40%-ə kimi şəkər, 5%-dən
çox protein, 1,5% kəhraba və alma turşu-su, 2,5% nektin
maddəsi, 2%-ə qədər qatran, 1,2% aşı maddəsi və s. vardır.
İnnabın meyvəsindən qənnadı və konserv istehsalında
da istifadə edilir.
Qurudulmuş innabı bir ildən çox saxlayıb ondan isti-
fadə etmək mümkündür.
Xörək hazırlamaq üçün onun meyvələrini düyü ilə bir-
likdə qaynadıb qovururlar. İnnabdan çörək də bişirilir.
Azərbaycanda və Yaxın Şərqdə innab qədimdən müalicə
məqsədilə işlədilir. Halen göstərir ki, bu meyvə həzm olunur və
mədəyə müsbət təsir göstərir. Ərəb həkimi Məssih göstərmişdir
ki, innabın meyvələri astma xəstəliyi zamanı insanı sakitləş-
dirir. Başqa məlumatlara görə, innabın meyvələri qan dövra-
nında oyadıcı təsir göstərir. Məhəmməd Hüseynin bir neçə əsr
bundan əvvəl yazılmış «Məhzən-əl ədviyyə» əsərində innabın
müalicə əhəmiyyəti haqqında geniş məlumat verilir. O göstərir
ki, innab öskürək və ağız yarasının müalicəsi üçün yaxşı dər-
mandır. İnnab meyvəsinin ununa bal qatmaqla hazırlanmış yağ
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com