176
ağız yarasını sağaldır. İnnab qanı təmizləyir, ciyərin, böyrəyin
və sidik kisəsinin ağrısını sakitləşdirir.
Üzüm Üzümün dünya florasının tərkibində 70-ə qədər növünə
təsadüf edilir. Qafqazda, o cümlədən Azərbaycanda üzüm
cinsinin 2 növü yayılmışdır. Üzüm ən qədim çiçəkli bit-
kilərdən sayılır. 90 milyon il bundan əvvəl Vitis vinifera –
mədəni növə daxil olan üzüm üçüncü dövrdə (70 milyon il
bundan əvvəl) əmələ gəlmişdir.
Üzümün tərkibində A, C, K, PP, B
1,
B
2
, provitamin A
vitaminiləri, üzvi turşulardan alma, çaxır, limon, quzuqulağı,
qarışqa və salisil turşuları, mineral maddələrdən kalium,
kalsium, natrium, fosfor, dəmir, kobalt, manqan, toxumunda
4-19%-ədək piyli yağ, 1,8-8%-ə qədər aşı maddəsi və s.
aşkar edilmişdir. Üzümün tullantısından etil spirti, sirkə,
üzüm turşusu alınır.
Üzüm qiymətli qida məhsulu olmaqla bərabər, eyni za-
manda müalicəvi əhəmiyyətə malikdir. Üzümün tərkibində
olan əsas mənimsənilən şəkər, qlükoza və fruktoza əzələ
sistemi, xüsusilə ürək əzələsi üçün ən qiymətli qida maddəsi-
dir. Qlükoza insan orqanizmində toxumaların oksigeni mə-
nimsəməsini yüksəldir və bakteriyaları məhv etmək qabi-
liyyətinə malikdir. Bir çox yoluxucu xəstəliklərin əmələ
gəlməsinin qarşısını alır. Üzümün tərkibində olan dəmir qida
əmələ gətirən orqanların fəaliyyətinə və oksidləşmə prosesinə
yaxşı təsir göstərir. Üzvü turşularda bakteriyaları məhv etmək
xüsusiyyəti daha güclüdür. Həmçinin onlar orqanizmdə turşu-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com