182
bitkisinin meyvələri öz kaloriliyi ilə də digər kənd təsərrüfatı
bitkilərindən kəskin surətdə fərqlənir. Şabalıd bal verən bitki
kimi də qiymətli sayıla bilər. Belə ki, arılar 50-70 yaşlı bir
ağacın çiçəklərindən 15-20 kq-dək bal toplaya bilir. Şabalıd-
dan alınmış balın böyük müalicəvi əhəmiyyəti vardır. Yar-
pağı qiymətli maddələrlə zəngindir. Belə ki, 1 yaşıl yarpa-
ğında 800 bioloji vahid, saralan yarpaqlarında isə 600 bioloji
vahid K vitamini vardır və buna görə də onlar «vitamin sə-
nayesi» üçün qiymətli xammal sayıla bilər.
Şabalıdın yarpaq, qabıq və oduncaq hissəsinin tərki-
bində 5%-ə qədər kversetin, hiporezid, yəni flavonoid komp-
leksi və 10%-ə qədər aşı maddəsi aşkar edilmişdir. 100 kq
şabalıd oduncağından 20 kq qatı boyaq ekstraktı alınır. Biz
dünyada ilk dəfə olaraq bu boyaq maddəsinin tərkibinə ağır
metalların müxtəlif duzlarını əlavə etməklə yun ipi açıq
qəhvəyi, qəhvəyi, zeytunu, qonur, tütünü, şabalıdı, şabalıdı-
qonur, yaşıl və s. rənglərə boyamağa nail olduq.
Şabalıd gözəl yarpaqlara, sıx və şaxlı-budaqlı çətrə ma-
lik olduğu çün bəzək bitkisi kimi parklarda, yol və küçə kə-
narlarında əkilir. May-iyun aylarında çiçəklədiyi dövrdə
təbiətə sarımtıl rəngli və xüsusi ətri olan sırğaları ilə yaraşıq
verir. Bu xüsusiyyətinə görə o, dünyanın bir çox ölkələrində
yaşıllaşdırma işlərində mühüm yer tutur. Bu bitki güclü və
yaxşı inkişaf etmiş kök sisteminə malik olduğu üçün dağ
yamaclarını daim güclü külək və eroziyalardan da qoruyur,
həm də torpaqəmələgəlmə prosesinə müsbət təsir göstərir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com