190
tənzifdən keçirmək və burun nahiyəsinə bir neçə damcı
damızdırmaq kifayətdir. Sarımsaq bitkisinin quru cövhərini
öd kisəsinin iltihabında tətbiq edirlər. İnfakt, stenokardiya,
skleroz, iflic xəstəliklərinin müalicəsində, müxtəlif şirələrin,
başda əmələ gələn sislərin yox edilməsində, görmə qabi-
liyyətinin artırılmasında sarımsaqdan istifadə olunur. Bun-
dan başqa, sarımsaq orqanizmin müqavimətinin artırılma-
sında, qarın yatalağı, dizenteriya, vəba və s. xəstəliklərin
müalicəsində işlədilir. Sarımsaqdan işlənib hazırlanan prepa-
ratlar nəticəsində bakterisid xəstəliklərin, eləcə də toxuma-
ların bərpa olunmasına, soyuqdəymə xəstəliklərinə qarşı
orqanizmdə immunitetin fəaliyyətinin güclənməsinə nail
olunmuşdur.
Sarımsaqdan alınan preparatların müxtəlif xərçəng xəs-
təliklərinə qarşı mexanizmini öyrənərək belə nəticəyə gəl-
mişik ki, bu preparatlar xərçəng çöplərinin inkişafını da-
yandırmağa qadirdirlər. Bir qrup yapon alimi sarımsaqdan
yeni preparatlar hazırlayıb orqanizmdə inkişaf edən xərçəng
çöplərinin inkişafını dayandırmaq əleyhinə immunitet
yaratmışdır.
Yuxarıda qeyd etdiyiniz xəstəlikləri müalicə etmək
üçün: 350 q sarımsaq bitkisinin soğanağını yuyub həvəngdə
əzir, əzilmiş sarımsağın şirəsindən 200 q götürüb, ona 200
ml 96% spirt əlavə edilir. Alınan məhlul gildən hazırlanmış
qaba yığılır, qabın ağzı möhkəm bağlanıb qaranlıq və sərin
yerdə 10 gün müddətində saxlanılır. 10 gündən sonra bu
maye kətandan süzülür. 2-3 gündən sonra bu məhlulla müa-
licəyə başlamaq olar. Bundan 50 qram soyuq südə bir neçə
damcı töküb gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə qabaq qə-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com