197
dəmirovotundan, fenol və antosian birləşmələrindən 8 dəfə
güclüdür. Uzun sürən yuxusuzluğu aradan qaldırmaq üçün
yatmağa bir saat qalmış çuğundur şirəsinə bal qatıb içməyi
məsləhət bilirik. Kök şirəsi ilə çuğundur şirəsini qatıb, «sağ-
lamıq eliksiri» hazırlayırlar. Bu şirənin tərkibinə əlavə ola-
raq, kərəviz, alma və xiyar şirəsi əlavə edib daxilə qəbul edə-
rək orqanizmin sağlamlıq durumunu artırırlar. Xalq təba-
bətində çuğundur şirəsini balla qatışdırıb vərəm və qan-
azlığında istifadə edirlər.
Siz çox dəhşətli səslənən iki kəlmədən ibarət «döşdə
xərçəng» sözünü eşitməmək üçün, bunun qarşısını almaq
üçün, çuğundurdan alınmış şirədən istifadə etməyi məsləhət
görürlər. Xalq təbabəti ilə məşğul olan bir qoca qadın nəvə-
sinə məsləhət görmüşdür ki, əgər istəyirsənsə döş vəzilərində
«xərçəng» əmələ gəlməsin onda həmişə döş nahiyəsinə çu-
ğundur şirəsi sürt. Çuğundur bitkisi qadınların əsl tərə-
vəzidir.
Yarpağını bişirib, qatıq-sarımsaqla yemək mədə-bağır-
saq xəstəliklərinə, dalaq şişməsinə, ağrıların tənzimlən-
məsinə, böyrək xəstəliyinə yaxşı təsir göstərir. Çuğundurun
özünün və yarpağının həlimi bəlğəm, göyöskürək xəstəlik-
lərinə, soyuqdəyməyə, sətəlcəmin müalicəsinə yaxşı kömək
edir.
Çuğundur yarpağının təpitməsi çiban, sızanaq, yanıq,
oynaq ağırlarına, yel xəstəliyinə müalicəvi təsir göstərir, bu
saçtökmənin də qarşısını alır. Çuğundur həlimi bağırsaqları
yumşaldır. Kökəlməyə müsbət təsir göstərir.
Çuğundur qiymətli tərəvəz bitkisi olduğundan ondan
müxtəlif xörək növləri: borş, vineqret, şoraba və istənilən
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com