__________________________________ Nübar Həkimova
193
təpitmə edib, yatmamışdan əvvəl 10-15 dəqiqə üzdə
saxlamaq, sonra onu ilıq su ilə yumaq, üz dərisində əmələ
gələn ləkələri səpgiləri təmizləyir. Qarpızı acqarına yemək
məsləhət deyil, isitmə, qızdırma əmələ gətirir. Yatarqarına
da qarpızı çox yemək narahatçılıq yaradır.
Yemiş (qovun)
Müalicəvi əhəmiyyətə malikdir. Yemiş istilik verdiyi
üçün acqarına yemək məsləhət deyil. Onu xörəkdən sonra da
yemək həzmi ağırlaşdırır. Bununla belə, yemişin özünün və
qurudulmuş qabığının yeyilməsi, oynaqlarda, böyrəklərdə,
sidik yolunda əmələ gələn duzlaşma, kirəcləşmə, daşlaşmanı
əridir. Xüsusilə, yemişin qurudulmuş qabığının təpitməsi
zökəmi aradan qaldırır, şişlərin, göyərmənin, bədəndəki
zədələrin də müalicəsini tezləşdirir. Ümumiyyətlə yemiş qa-
bığı (quru), toxumu (tumu) qaraciyər xəstəliyinə, bağırsaqda
və sidikdə olan yararsız maddələrin ifrazına sidik yolunda
olan ağrılara, quru öskürəyə və bəlğəmin müalicəsinə yaxşı
təsir göstərir, sinə ağrısını azaldır.
Dostları ilə paylaş: |