201
əritmək üçün faydalı hesab edilir. Ağ turpun toxumlarından
sənayedə qiymətli turp yağı emal edilir. Həmin yağ xörəkdə
istifadə edildikdə qanda xolesterinin miqdarını azaldır,
ateresklerozun qarşısını qismən alır.
Ağır xörəklərin həzminə yaxşı kömək edir, iştahanı
artırır, gəyirmə gətirir. Turp sidik yolunu təmizləyir, ifrazı
asanlaşdırır. Turpun özəyi, yarpağı böyrək, oynaqlar və sidik
yolunda kirəcləşməni, duzlaşmanı, daşlaşmanı əritməyə
yaxşı təsir edir. Turpun içini oyub gül yağını içinə töküb
qızdırdıqdan sonra qulağa tökməklə qulaq ağrısı kəsilir. Turp
üzü təravətləndirir. Onun toxumundan, çiçəyindən dəmləyib
içmək böyrəklərdən daşı tökməyə, oynaqlarda gedən
duzlaşmanın müalicəsinə yaxşı təsir edir.