200
ən geniş yayılmış xəstəliklərindən olan öd kisəsində və
böyrəkdə toplanmış daşı əritmək, eyni zamanda atereskle-
rozun (huşsuzluğun) qarşısının almaq üçün istifadə edilir. Bu
məqsədlə gündə 3 dəfə olmaqla yeməkdən 15 dəqiqə qabaq
hər dəfə də 33 ml şirə qəbul etməyi məsləhət görürlər.
Ağ turpdan dilin iflici zamanı da istifadə etmək olar.
Bunun üçün xəstələnmiş şəxsə ağ turpun kəsilmiş, olduqca
zəif, xırda hissəsini yavaş-yavaş çeynətmək məsləhət görü-
lür. Ağ turpun şirəsini yağla (xüsusən badam yağı) ilə qarışı-
ğından istifadə etməklə qulaq ağrısı xəstəliklərinin, o cümlə-
dən qulaqda yaranmış qıjıltının müalicəsində yaxşı nəticə
verir. Həmin qarışıqdan azacıq qulağa damcıladıb ağrını ara-
dan götürürlər.
Ağ və qırmızı turpdan mədə-bağırsaq yaralarının,
qastrid xəstəliyinin müalicəsində, mədədə olan turşuluğun
azaldılıb normaya salınmasında, həm də bağırsaq soyuqdəy-
mələrində istifadə etmək olar. Turp beyin fəaliyyətini artırır,
mərkəzi sinir sisteminin işini yaxşılaşdırır. Bədənə istilik və
quruluq verir, gəyirmə yaradır, köpü azaldır, üzün rəngini
yaxşılaşdırır.
Qədim xalq təbabətində turpun yerüstü hissəsini qay-
nadaraq suyunu toplayıb ondan sidik kisəsində olan daşı ərit-
mək üçün istifadə etmişlər. Turpun kök meyvəsinin içərisini
oyub oraya gülyağı tökür, sonra od üzərində isidib qulaq
ağrısı zamanı damcıladırlar. Turpu deşib ora 4 ədəd şalğam
toxumu qoyur, ağzını isə kəsiyi ilə bağlayır, onu xəmirə
büküb od üzərində tam bişirdikdən sonra təbii həb kimi bal
ilə üç gün yeyirlər. Bir neçə gün fasilə verdikdən sonra
əməliyyat bir də təkrar olunur. Bu sidik kisəsindəki daşı
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com