199
0,1% - PP vitamini, qırmızı turpda isə uyğun olaraq 11-14
mq% C, 0,06% - A, 0,03-B„ 0,02%-B
2
, 0,1%-PP vitamini
tapılmışdır. Ağ və qırmızı turpun tərkibində yuxarıda
göstərilən qiymətli maddələrlə yanaşı, əvəzedilməz amin
turşularından lizin, sistidin, metönin, mineral duzlardan
kalium, kalsium, fosfor, dəmir, fitonsidli birləşmələrdən
metilmerkatan, qlükozidlərdən allil-xardal yağı, lizosim,
simiqrin və s. vardır.
Turplardan qidalanmada müntəzəm istifadə etdikdə in-
sanın iştahası artır, əmələ gələn artıq turşuluq neytrallaşır və
toplanan zərərli maddələr həll edilərək bədəndən xaric
olunur. Maddələr mübadiləsini nizamlayır, sinqa xəstəliyinin
qarşısını alır, fermentləşdirmə prosesini fəallaşdırır.
Turpların tərkibində olan maddələr, o cümlədən qlüqo-
zidlər yağlı, piyli xörəklərin həzminə, yağların sabunlaş-
masına şərait yaradır. Bununla da bir sıra qaraciyər və öd
xəstəliklərinin qarşısı alınır. Turpun kökmeyvəsində olan 10-
12 faizə qədər pektin maddəsi insan orqanizmində olan
radioaktiv maddələri zərərsizləşdirir və onları bədəndən xa-
ric edir. Ağ turpun kökmeyvəsindən 30%-li sirkə hazırlanır.
Ondan öd yolu və öd kisəsi xəstəliklərinin müalicəsində
istifadə edilir. Müalicə məqsədi ilə həmin şirədən 6-8 həftə
ərzində hər gecə 100 ml içmək, sonra bu dozanı yavaş-yavaş
gündə 400 ml-ə çatdırmaq məsləhətdir.
Turp şirəsini balla 1:1 nisbətində qarışdırıb tənəffüs
yollarının selikli qişasının zədələnmələrinin, öskürək və səsi
batmış xəstələrin müalicəsində istifadə edilir. Bunun üçün
gündə üç dəfə olmaqla 2 xörək qaşığı (uşaqlara 2 çay qaşığı)
içməyi məsləhət görürlər. Həmin qarışıqdan XX-XXI əsrin
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com