Nübar Həkimova ___________________________________
192
dan hazırlanan xörəklər bədənin bütün orqanlarını yum-
şaldır, yorğunluğu, başgicəllənməsini, zəifliyi aradan qal-
dırır, qançır, sinə, oynaq ağrılarına kömək edir, bədəndə
temperaturu tənzimləyir. Bəlğəm, göy öskürək, soyuqdəymə,
sətəlcəm zamanı xəstəyə bəhməzli (doşab) qabaq aşı vermək
effektlidir. Qabaqdan hazırlanmış xörəklər mədə-bağırsaqda,
ağız boşluğunda, bronxlarda, ağciyərdə əmələ gələn səpgiləri
sağaldır. Qabaq mürəbbəsi yorğunluğu aradan qaldırır,
insanın iş qabiliyyətini artırır, onda şən əhvali-ruhiyyə
oyadır. Qabağın toxumu (tumu) da müalicə əhəmiyyətlidir.
Mədə-bağırsaq xorasında, ağız, dil, bronx və ağciyərlərdə
yaranan səpgilər zamanı, eyni zamanda vərəm xəstəliyinin
müalicəsində faydalıdır. Qabaq toxumundan çəkilən yağ
yuxusuzluqda, sidik yolunda əmələ gələn iltihabi xəstəliklər
və soyuqdəymə zamanı tətbiq edilir. Ümumiyyətlə,
qabaqdan hazırlanan xörəklər yumşaldıcı xarakter daşıyır.
Dostları ilə paylaş: