__________________________________ Nübar Həkimova
181
sitə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da
istifadə edilir. Mədə və onikibarmaq bağırsaq xoralarında ağ
tutun meyvələri məsləhət görülür. Meyvə və qabıq hissələ-
rindən hazırlanmış məlhəmlə civzə, irin və dəri yara müalicə
olunur. Ağ, qara, xar tutun meyvələri qanartırıcı xassə ma-
likdir. Şirəsini balla qarışdırıb alınan mazdan boğaz xərçən-
gində sürtkü kimi istifadə edilir. Meyvəsindən kompot,
sirop, müxtəlif şirə növləri, mürəbbə, cem, marmelad, şərbət,
çaxır, spirt, sirkə, şəkər və limon turşusu hazırlanır.
Dostları ilə paylaş: |