169
bitən qara qarağatın giləmeyvəsinin tərkibindən isə antosian
maddələrindən sinaidin 3-utinozid, sianidin 3-qlükozid, del-
finidin 3-rutinozid və s. aşkar etmişlər.
Respublikamızın florasının tərkibində yayılan qarağat
növlərinin meyvəsində olan antosian və flavonoid boyaq
maddələrinin kimyəvi tərkibi Novruzov E.N. və Şəmsizadə
L.A. tərəfindən öyrənilmişdir.
Bunun nəticəsi olaraq qarağat bitkisinin müxtəlif növ
və sortlarının qabıq, tumurcuq, yarpaq, çiçək və meyvələrin-
dən tibb sahəsində geniş istifadə olunan bir sıra preparatlar
alınmışdır.
Qarağatın tumurcuq, yarpaq, meyvə hissəsindən hazır-
lanmış dəmləməsindən soyuqdəymədə, vərəm xəstəliyində,
tərgətirici, sidikqovucu kimi, orqanizmin müqavimətinin
artırılmasında, infeksiya xəstəliklərində işlədilir.
Tibet təbabətində yarpaqlarından ekstrakt, dəmləmə və
cövhərindən vərəm, limfa sisteminin müalicəsində istifadə
edilir. Meyvə və yarpaqlarından vitaminli çaylar hazırlanır.
Qarağat meyvəsinin tərkibində xoş ətirə malik efir yağı,
flavonoid maddəsi olduğu üçün havanı zərərli mikroblardan
təmizləyir, şirəni və şərbətləri 30 gün müddətində xarab
olmadan qoruyur.
Qarağat yarpaq, meyvə və qabıqlarından hazırlanan
cövhərindən maddələr mübadiləsinin nizama salınmasında,
göy öskürəkdə, sidik kisəsi xəstəliklərində, böyrək daşlarının
tökülməsində istifadə olunur.
Qarağatın cavan yarpaqlarından hazırlanmış çaylar dəri
xəstəliklərində, soyuqdəymədə, sidik kisəsi və böyrək daşının
təmizlənməsində, eləcə də sidikqovucu vasitə kimi tətbiq
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com