166
provitamin A tapılmışdır. Qabıq hissəsində çoxlu tanin və ka-
rotin maddələri vardır. Bananın tərkibində olan sulu karbonlu
maddələr buğdanın tərkibində olanlardan tez həll olurlar.
Meyvənin xoş iyi onun tərkibində olan efir yağının
miqdarından asılı olur. Banandan ən çox təzə halında desert
yeməklərində istifadə olunur. Yetişməmişindən isə ədviyyat
məqsədləri üçün tərəvəz xörəklərinin tərkibinə əlavə edilir.
Ətli hissəsindən un, pudra, cem, həliməşik şirə, marmelad,
sirop və s. hazırlanır.
Meyvələrindən dərman kimi işlətmə və mədə xəstəlik-
lərində istifadə olunur. Yetişməmiş meyvə və çiçək hissə-
lərindən hazırlanan mürəbbədən şəkər xəstəliklərində istifa-
də edilir. Meyvələrindən hazırlanan müxtəlif şirələrdən, gər-
gin əməklə. məşğul olan adamlarda əmələ gələn ateroskle-
roz, hipertoniya, dizenteriya, nazik bağırsaq, mədə iltihabı-
nın, böyrək və s. xəstəliklərdə İstifadə olunur. Şəkər xəstə-
liklərində mədədə turşuluq prosesi artdığına görə həmin xəs-
tələrə banan meyvəsindən qəbul etməyə icazə vermirlər.
Tərkibində qiymətli fizioloji-aktiv maddələrin: serotin,
nerpi-nefrin, dopamin, katexolamin və s. olması ilə əlaqədar
olaraq bundan bağırsaq və mədədə əmələ gələn yaraların
müalicəsində müvəffəqiyyətlə istifadə edilir. Bunun şirəsi ilə
daxili qanaxmaların dayandırılmasında, dizenteriya, oniki-
barmaq bağırsağın iltihabının əleyhinə, vəba xəstəliklərində
istifadə edirlər. Bundan başqa şirədən həyəcanlanma, ürək
keçmələrində də istifadə olunur. Bitkinin kök hissəsindən
alınan küldən qurdsalıcı vasitə kimi istifadə edilir.
Banan kalium elementinin mənbəyidir. İnsan orqaniz-
minin daxili hüceyrələrində toplanan K elementi ürəyin,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com