Nübar Həkimova ___________________________________
144
qulunc olan yerə yaxmaq məsləhətdir.
Aqillərin inamına görə: boğaz gələndə, qovuşanda,
udlaqda qızartı, iltihab kəskinləşəndə, əzgil yarpağını və zo-
ğunu qaynadıb, gündə yeməkdən əvvəl üç dəfə onun suyu ilə
boğazı qarqara etmək məsləhətdir.
Aqillərin inamına görə: boğaz gələndə, qovuşanda
gündə yeməkdən əvvəl üç dəfə yabanı yarpızı dəmləyib,
onun suyu ilə qarqara etmək məsləhətdir.
Aqillərin inamına görə: oynaq ağrılarından, yel xəs-
təliyindən əziyyət çəkənlərə çoxlu kəklik otu dərib, yün-
gülvarı yaxaladıqdan sonra onu möhkəm qaynadıb, hər gün
axşam-səhər 35-40 dəqiqə vanna suyunda qəbul etmək,
vannadan sonra dəmləməsini içmək məsləhətdir. Bu üsulu il
boyu davam etdirmək olar. Onun üçün kəklikotunu may-
iyun aylarında dərib, kölgədə qurudub saxlamaq məsləhətdir.
Dostları ilə paylaş: