233
feksiya edir, qusma, ürəkbulanmanı aradan qaldırır, qan-
damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Müasir
təbabətdə istiot nanəsindən hazırlanan bir sıra qiymətli pre-
paratlardan ürək-damar sistemi, xroniki mədə-bağırsaq xəs-
təlikləri, böyrək və sidik yollarının iltihabının müalicəsində
istifadə edilir. İstiot nanəsinin yağı isə «Zelenin damçısı»,
«Validol», «Valokordin» kimi ürək dərmanlarının tərkibinə
daxildir. Onun cövhəri (tink-turası) mədə ağrılarını sakitləş-
dirən ən yaxşı dərmandır.
Südü uzun müddət saxlamaq üçün onun içərisinə 2-3
ədəd nanəli yarpız atırlar.
Özünəməxsus ətri və təravəti ilə məşhur olan istiot
nanəsinin yağından qənnadı fabriklərində, ətriyyat səna-
yesində, kolbasa istehsalı və s . də geniş istifadə olunur.