Nübar Həkimova ___________________________________
230
Yarpız
Bu cinsin dünya florasının tərkibində 25 növü yayıl-
mışdır. Bunlara, əsasən Yer kürəsinin mülayim iqlim zona-
sında rast gəlmək olar. Belə ki, Qafqazda 8, o cümlədən
Azərbaycanda 4 növü vardır. Su yarpızı, uzunyarpaq yarpız,
istiot yarpızı, pulqar yarpızı.Yarpızın yabanı növlərinə
«yarpız nanəsi» də deyilir.
Su yarpızı. Bu, sürünən, uzun zoğlara malik çoxillik ot
bitkisidir. Gövdəsinin hündürlüyü 30-40 (80) sm olub, düz
və yaxud budaqlanandır. Yarpaqları saplaqlı, uzunsov və
xud ellipsvarı, uc hissəsi küt, sivri kənarları mişarşəkilli yaşıl
rəngdədir. Çiçəkləri çoxsaylı, olub, 2-3 ədəd şar formasında
gövdən qurtaracağında hamaşçiçəkdə toplanır. Çiçək tacı
çəhrayı rəngdir.
Uzunyarpaq yarpız özünəməxsus xoş iyə, ətirli efir ya-
ğına malik bitki sayılır. Çiçək və yarpaqlarının tərkibində
1,43 -3,33%-ə qədər efir yağı vardır. Efir yağından ətriyyat-
kosmetika sənayesində müxtəlif diş pastalarının, sabunların,
şipr ətir növünün və s. hazırlanmasında istifadə edilir.
Ədviyyə kimi müxtəlif konserv məhsullarına, xörəklərə,
qənnadı məmulatlarına qatqı kimi əlavə olunur.
Bunun efir yağı şəffaf, açıq sarı rəngli, xoş ətirlidir.
Əsas tərkib hissəsini mentol, konuper, puleqon, karvakrol, li-
monen və s. təşkil edir. Yarpaqlarının tərkibindən 81,2-147,4
mq% C vitamini tapılmışdır. Efir yağından hazırlanmış bir
çox preparatlardan ağrıkəsici, qıcolma, qızdırma xəstə-
liklərində istifadə etməklə yanaşı, sərinləşdirici və təra-
vətgətirici kimi də işlədilir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|