Bağ nanəsi və yaxud ətirli nanə. Ətirli nanədən hazır-
lanan cövhərdən mədə ağrılarında, köp-mədə, bağırsaq qurd-
larının tökülməsində istifadə olunur. Kəskin tünd ətrə malik
olduğundan ondan ədviyyə kimi istifadə etdikdə çox az
miqdarda götürülür ki, xörəyə əlavə edilmiş digər ədviy-
yələrin keyfiyyətinə təsir etməsin.
Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz nanə növləri
xörəklərə xüsusi ətir verir və onların tərkibini vitaminləşdi-
rir.
Hazırlanmış çay növləri mədə bağırsaq, həzm apara-
tının, ferment ifraz edən vəzlərin fəaliyyətini normallaşdırır.
Bir çox müalicəvi əhəmiyyəti konfet növlərinin tərkibinə
qatılır. Nanə şərbəti mədəni qüvvətləndirir, ürəkbulanma,
islah və hıçqırmaya qarşı faydalıdır.
Dağnanəsindən kosmetika sahəsində də geniş istifadə
edilir. Belə ki, otundan hazırlanan cövhər, dəmləmə, losyon
və şampunlardan dəridə olan çirk, piy, ekzema, qotur və
yaraların təmizlənib, müalicəsində istifadə edilir.
Ən xoş ətirə və iyə malik olan yağı nanə yarpızdan alır-
lar. Çəmən nanəsindən alınan yağdan əsas etibarilə mentol
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com