PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
226
Baldırğan
Baldırğan cinsinin bir çox növü texniki dərman, efir
yağlı, ədviyyatlı, qida əhəmiyyətli, yem təbiətli, bəzək xüsu-
siyyətli bitkilər sayılır.
Hazırda bu baldırğan növlərindən qida məhsullarının
hazırlanmasında geniş istifadə edilir. Əhali baldırğandan
duza qoyulmuş halda və yaxud qızardılıb bişirilmiş yumurta
çalması qatqı kimi istifadə edirlər.
Xalq təbabətində baldırğanın bir neçə növü müxtəlif
xəstəliklərində: ürək keçmələrində, astma xəstəliklərində is-
tifadə edilir. Kök hissəsindən alınan ekstrakt qaraciyər və
sarılıq xəstəlikləri zamanı işlədilir. Təzə toplanmış bitkidən
hazırlanan çaydan qastrit, həmçinin həzm sisteminin po-
zulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə
olunur. Yerüstü hissəsindən alınmış şirə isə yaman şişlərin
müalicəsində kömək edir. Yarpaqlarından hazırlanmış narın
toz dəri qaşınmalarının qarşısını alır.
Şirin baldırğan növündən hazırlanan salat və ədviyyat
məhsullarını uzun müddət xörəklərə əlavə etmək məsləhət
deyil. Çünki istər xörəklərin tərkibində, istərsə də adi halda
uzun müddət ondan istifadə edilməsi cinsiyyət üzvlərini
fəaliyyətdən sala bilər.
Baldırğandan hazırlanan preparatlardan ödqovucu, bü-
züşdürücü, soyuqdəymə, antispazmatik, ağrıkəsici və sakit-
ləşdirici vasitə kimi istifadə olunur.
Bitkinin müalicə məqsədləri üçün yarpaq, kök və to-
xumlarından istifadə edilir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|