225
ticəsində baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının
iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı
kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində həzm
prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə
kimi istifadə olunur. Bundan əlavə, razyana meyvəsini
dəmləmə və bişirmə formasında da öd kisəsi ilti-habında və
böyrək xəstəliklərində qəbul edirlər.
Xalq təbabətində razyananı çay kimi dəmləyib uşaq-
larda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin
qarşısını alan dərman kimi işlədirlər. Bu məqsədlə razyana
meyvəsini qurudulmuş nanə yarpağı ilə bərabəf hissədə
dəmləyib xörək qaşığı ilə qəbul edirlər. Bundan başqa, mey-
vəsindən hazırlanan cövhərdən «lakric» preparatının tərki-
binə qatqı kimi əlavə edilərək yelqovucu, ödqovucu, sinə-
yumşaldıcı, sakitləşdirici və öskürək əleyhinə vasitə kimi
istifadə edirlər. Razyananın cavan budaq, yarpaq, gövdə, kök
və meyvələrindən hazırlanan ədviyyənin – efir yağının
tərkibi bioloji-aktiv maddələrlə zəngindir.
Ondan xiyar, pomidor, kələm, şorba, ətirli çay, qən-
nadı, ətriyyat, kosmetika, əczaçılıq və sabunbişirmə səna-
yesində qatqı kimi istifadə olunur. Müxtəlif sərinləşdiricilərə
və şirin şərbətlərə xoş ətir vermək üçün də əlavə edilir. Ətirli
ədviyyə kimi konservləşdirmədə, çörək-bulka sənayesində
işlədilir. Razyana toxum və köklərinin hissələrə bölünməsi
ilə çoxaldılır. Hazırda əldə edilmiş bir neçə sortunu əkib
yeyinti, tibb və ədviyyat kimi istifadə edirlər.