223
dəmləyib gündə 3 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Cəfəri şirəsi orqanizmdə baş verən zəhərli maddələri
zərərsizləşdirir.
Bitkinin bütün hissələri müalicəvi xüsusiyyətlərə ma-
likdir. Cəfəridən hazırlanan preparatlardan uşaqlığın müali-
cəsində, sidik kisəsi və böyrəkdə olan daşların orqanizmdən
kənar edilməsində istifadə edilir.
Sidik kisəsi yollarının, qan damarlarının möhkəmlən-
dirilməsində, qızdırmada cəfəridən alinmış şirəni 1:3 nis-
bətində kök şirəsi ilə qarışdırıb hər gün səhər və günorta
yeməyi zamanı qəbul edin.
Cəfəri kökündən kulinariyada, toxum və yarpaqla-
rından alınmış efir yağından ətriyyat, kosmetika və sabun-
bişirmə sənayesində istifadə edilir.
Cəfəri ədviyyə xassəli, şirintəhər, xoş iyə və kəskin ta-
ma malik bitki hesab edilir.