222
yerüstü yaşıl hissəsi yeyinti məqsədləri üçün tətbiq olunur.
Cəfərinin tərkibində çoxlu miqdarda K, Ca, Fe və P
makro-elementləri aşkar edilmişdir. 100 q cəfəri yarpağın-
dan orta hesabla 7 mq karotin, 160 mq C vitamini, B vita-
mini qrupu, 1000 mq K, 41 mq Ca, 120 mq P aşkar edil-
mişdir. l00 q kökündən 41 mq C vitamini, 0,03 mq karotin,
B vitamini qrupu və 56 mq P elementi tapılmışdır.
Cəfəridən qatqı kimi şorbanın, müxtəlif salatların, qiy-
mənin, piroqun, şorbanın, mayonezin, ən çox isə yumurta və
tərəvəzdən hazırlanmış xörəklərin tərkibinə qatılır. Cəfəridən
ən çox pendirin tərkibinə tam, xoş iy, kartof xörəklərinə
ətirli iy və xoş tam vermək üçün istifadə edilir.
Cəfəridən alınan ekstraktlar orqanizmin müdafiə qabi-
liyyətini artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Cəfəri yar-
paqlarının tərkibindəki C vitamininin miqdarı limondakın-
dan 2 dəfə çoxdur. Orqanizmi A və Fe ilə (dəmirlə) təmin
edir.
Cəfərinin kök və toxumlarından hazırlanan cövhər və
dəmləmələr sidik yollarına yaxşı təsir edir, dərinin vəziyyə-
tini və həzm sistemini yaxşılaşdırır, sidiyin orqanizmdən
kənar edilməsini sürətləndirir, qan damarlarının divarlarını
möhkəmləndirir, mədə və bağırsaq əzələlərini gərginlikdən
azad edir. Ürəyi zəif olanlara maddələr mübadiləsi
pozuntularında və eləcə də döş və qarın boşluğunda yığılıb
qalmış artıq suların kənar edilməsində cəfəri dəmləmə və
cövhərlərindən qəbul etməyi məsləhət görürlər. Böyrəyin
xroniki xəstəliklərində sidiyin kənar edilməsi üçün aşağıdakı
reseptdən istifadə etməyi məsləhət görürlər: 1 çay qaşığı
cəfərinin toxumlarından götürüb 1 stəkan qaynar suda
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com