Nübar Həkimova ___________________________________
228
ədviyyəli, acımtıl, zəif yandırıcı xassəyə malikdir. Efir
yağının tərkib hissəsinin əsas komponentlərini timol, sinmol,
terpinen, az miqdarda metil-karvokrol və karvakrol təşkil
edir. Yağı güclü təsiredici antimikrob xüsusiyyətinə
malikdir, spirtdə yaxşı həll olur. Bu yağ keyfiyyətinə görə
yüksək qiymətləndirilir və yeyinti, ətriyyat, kosmetika,
əczaçılıq, sabun bişirmə sənayesində istifadə edilir. Bunun
qurudulmuş tozu müxtəlif xörəklərə və qara, ətirli istiotla
qarışdırılması isə kolbasaların tərkibinə daxil edilir.
Dostları ilə paylaş: |